Bakı. Trend:
Azərbaycan İqtisadiyyat Nazirliyi indiyədək sahibkarlıq fəaliyyətinə 5311 lisenziya verib.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Lisenziyalar və icazələr” portalının təqdimatında deyib.
Nazir müavini qeyd edib ki, "ASAN xidmət" mərkəzləri vasitəsilə verilən lisenziyaların 51 faizi yenidir:
"Qalan lisenziyalar müddəti bitmiş lisenziyaların əvəzinə verilən müddətsiz lisenziyalardır".