...

"PSG Kapital" nizamnamə kapitalını ikiqat artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2018 13:10 (UTC +04:00)
"PSG Kapital" İnvestisiya şirkəti nizamnamə kapitalını artırıb.
"PSG Kapital" nizamnamə kapitalını ikiqat artırıb

Bakı. Trend:

"PSG Kapital" İnvestisiya şirkəti nizamnamə kapitalını artırıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, artım nəticəsində şirkətin nizamnamə kapitalının həcmi iki qat artaraq 2 milyon manata yüksəlib.

Kapitalın artırılması əlavə səhm buraxılışı hesabına həyata keçirilib. Bu addım çərçivəsində nominal qiyməti 1000 manat olan əlavə 1000 ədəd səhm buraxılıb.

Nəticədə "PSG Kapital" QSC nizamnamə kapitalının həcminə görə, ölkənin investisiya şirkətləri arasında lider mövqeyə çıxıb.

Xatırladaq ki, "PSG Kapital" şirkəti ölkənin qiymətli kağızlar bazarının ən aktiv iştirakçısıdır. Şirkət müştərilərinə yerli və xarici qiymətli kağızlar bazarlarında müxtəlif növ qiymətli kağızlar, o cümlədən səhm və istiqrazlarla əməliyyatlar, eləcə də investisiya portfelinin idarə edilməsi xidməti göstərir.

"PSG Kapital"ın müştəriləri arasında yerli fiziki və hüquqi şəxslərlə yanaşı, xarici investorlar da var.

Şirkət ölkədə ən çox alınıb satılan SOCAR İstiqrazları üzrə market meykerdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti