Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda orta illik inflyasiyanın səviyyəsi birinci rübün yekunlarına əsasən dörd faiz təşkil edib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
E.Rüstəmov bildirib ki, mart ayının sonuna olan vəziyyətə görə, ərzaq məhsulları üzrə orta illik inflyasiya 4,5 faiz, qeyri-ərzaq malları 4,3 faiz, xidmətlər üzrə inflyasiya 2,9 faiz təşkil edib.