...

Metak istiqrazları BFB-də listinqə qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2018 18:02 (UTC +04:00)

Bakı. Trend:

BFB-nin Listinq Komitəsinin qərarı ilə “Met-Ak”MMC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlları BFB-də standart bazar seqmentində listinqə daxil edilib:

Döv. Qeyd. nömrəsi

Q/k növü və forması

Emitent

Ticarətə buraxılan qiymətli kağızların sayı

Q/k-ın ilkin ticarət qiyməti

Bazar seqmenti

1

AZ2002020272

faizli sənədsiz adlı təmin edilməmiş istiqraz

“Met-Ak” MMC

3 000 (ədəd)

1 000 AZN

standart

Şirkətdən Trend-ə verilən məlumata görə, nominal dəyəri 2 mln. AZN olan istiqrazların tədavül müddəti 1 ildir və illik gəlirlik dərəcəsi 12%-dir. İstiqrazlar BFB-də kütləvi təklif qaydasında, hərrac üsulu ilə yerləşdiriləcək. Hərrac tarixi əlavə olaraq açıqlanacaq.

Metak istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınıb.

Emissiya prospekti və emitentin digər məlumatlarını BFB-nin internet səhifəsinin “Listinqdə olan şirkətlər” bölməsində (www.bfb.az) yerləşdirilib.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti