Bakı. İlkin Şəfiyev - Trend:
Moskva və Bakı yaxın illər ərzində əmtəə dövriyyəsinin həcminin bir neçə dəfə artacağına, həmçinin Azərbaycanın Rusiyaya ixracında artımın təmin olunacağına ümid edirlər.
Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.
O qeyd edib ki, iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafı üçün çox böyük potensial var:
"Bakıya əvvəlki səfərim zamanı (ötən ilin dekabrında - red.) mövcud maneələrin aradan qaldırılması üzrə xusisi işçi qrupunun yaradılması ilə bağlı razılığa gəlmişdik. Nəticələr var - bu gün biz ölkələr arasında ticarət həcminin artdığını müşahidə edirik".
Nazir bildirib ki, bu gün gündəliyə Azərbaycan ərazisində birgə müəssisənin yaradılması məsələsi də daxil edilib.