...

Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin qiyməti üzrə proqnoz artırıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2018 15:10 (UTC +04:00)
2018-ci il Azərbaycan dövlət büdcəsində müəyyən olunmuş neft qiyməti 55 dollaradək artırıla bilər.
Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin qiyməti üzrə proqnoz artırıla bilər

Bakı. İlkin Şəfiyev - Trend:

2018-ci il Azərbaycan dövlət büdcəsində müəyyən olunmuş neft qiyməti 55 dollaradək artırıla bilər.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Deputat bildirib ki, hazırda neftin qiyməti büdcədə müəyyən olunmuş 45 dollar məbləğini çox üstələyir:

“Dövlət büdcəsi ilin ortasında müzakirəyə çıxarıla bilər. Əgər bizə hökumət tərəfindən təklif daxil olarsa, fikrimcə, optimal qiymət bir barel üçün 55 dollar ola bilər”.

O, həmçinin əlavə edib ki, gündəlikdə ölkədə əməkhaqlarının artırılması məsələsi də var:

“Əməkhaqlarının artırılması mart, bəzi təşkilatlarda isə may ayında başlayıb. İlkin qiymətləndirmələrə görə, bunun üçün 600 milyon əlavə vəsait tələb olunacaq. Məsələ struktur dəyişiklikləri, əlavə vəsaitlərin cəlb olunması yolu ilə və ya neft qiymətlərinin artması nəticəsində müsbət fərq hesabına həll oluna bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti