...

"BSC Consulting&Outsourcing" sizin əvəzsiz köməkçiniz ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2018 12:08 (UTC +04:00)
"BSC Consulting&Outsourcing" sizin əvəzsiz köməkçiniz ola bilər.
"BSC Consulting&Outsourcing" sizin əvəzsiz köməkçiniz ola bilər

Bakı. Trend:

Yaşanılan illər sonrası dönüb geriyə baxarkən həmişə etdiklərimiz və edə biləcəklərimiz haqqında düşüncə hamımızı izləyən bir hiss olmuşdur. Bu mövzu bizi vaxt aşırı sizinlə şirkətimizin ömrü ilə bağlı silsiləli məqalələr bölüşməyə ilhamlandırdı. Məqalələrimiz əsasən “Biz kimik?”, “Biz hansı xidmətləri təklif edirik?” və “Bizim xidmətlər sizə necə yararlı ola bilər?”mövzularını əhatə edəcək.

Şirkətimizin əsasını müstəqilliyimizi əldə edəndən altı il sonra 1997-ci ildə uzaqgörən və təcrübəli vəkil İkram Fikrət oğlu Mütəllimov qoymuşdur. Sovet hökuməti dağıldıqdan sonra ölkəmizdə formalaşmış köhnə stereotiplər və bürokratiya biznes sahəsində fəaliyyət göstərmək istəyən iş adamlarını müəyyən şübhələrə, qorxulara məruz qoyurdu. Bu sahədə ixtisaslaşdırılmış hüquq, maliyyə, mühasibatlıq, kadr və idarəetmə xidmətlərinin maariflənməsi demək olar ki, yox dərəcəsində idi. 1997-ci ildə bu sahədə fəaliyyətə başlayan BSC Consulting&Outsourcing şirkətinin heyəti öz elmi bilikləri və təcrübəsi sayəsində, göstərdiyi bütün xidmətlərin yüksək keyfiyyəti ilə ilk gündən öz müştərilərinin etibarını və rəğbətini qazandı. Bu gün biz müxtəlif fəaliyyət sahəsindən olan yüzdən artıq şirkətlə uğurla əməkdaşlıq edirik.

Biznesin idarə edilməsi və işlərə nəzarət böyük vaxt və işçi qüvvəsi, bəzən isə informasiya və təhsil resursları tələb edir. Bu işdə BSC Consulting&Outsourcing sizin əvəzsiz köməkçiniz ola bilər. Şirkətimizin təqdim etdiyi hüquq, maliyyə-mühasibatlıq, insan resurslarının idarə edilməsi, marketinq və biznes təlimləri xidmətlərinin vasitəsi ilə siz uğurlu sahibkara çevriləcək, vaxtınıza qənaət edəcək və böyük sayda lazımsız risklərdən azad olacaqsınız.

Artıq fəaliyyətə başladığımızdan iyirmi il ötür. Bu illər ərzində şirkətimizin əsas hədəfi isə əlbətdə ki, ilk öncə müştərilərimizin məmnunluğu, onların bizneslərinin daimi inkişafı, davamiyyətli uğurları və qarşılıqlı dostluğu olmuşdur. Müştərilərimiz ilə sıx əlaqə və birgə uğurlarımız, onları artıq bizə tək bir iş tərəfdaşı deyil, həm də bir ailə üzvünə çevirmişdir.

20 illik təcrübə, əldə etdiyimiz nailiyyət və uğurlar, bizim yalnız və yalnız inkişaf etməyə meylli, yenilik axtarışında olduğumuzu göstərir. İnanırıq ki, illər sonra da tövsiyə edildiyimiz yeni müştərilərin loyallıq və etibarını,həmişə qazanacağıq. Bu gün əminliklə bir konsaltinq şirkəti olaraq öz sahəsinin və ümumən Azərbaycanın ən müvəffəqiyyətli şirkətlərindən biri olduğumuzu fəxrlə deyə bilərik. Gələcək məqalələrimizdə böyük məmnuniyyətlə sizə göstərdiyimiz xidmətlər, əldə etdiyimiz nailiyyətlər haqqında daha ətraflı yazacaq və təcrübəmizi bölüşəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti