...

Maliyyə naziri 2019-cu il üçün maliyyə siyasətinin prioritetlərini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2018 12:13 (UTC +04:00)
2019-cu ildə Azərbaycanda keçiriləcək maliyyə və vergi siyasətinin əsas məqsədlərindən biri iqtisadiyyata xarici makroiqtisadi təhdidlərin təsirinin qarşısı almaq olacaq
Maliyyə naziri 2019-cu il üçün maliyyə siyasətinin prioritetlərini açıqladı

Bakı. Trend:

2019-cu ildə Azərbaycanda keçiriləcək maliyyə və vergi siyasətinin əsas məqsədlərindən biri iqtisadiyyata xarici makroiqtisadi təhdidlərin təsirinin qarşısını almaq olacaq.

Trend-in məlumatına görə, bunu parlament komitələrinin birgə iclasında büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, prioritetlər arasında Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının zəifləməsi fonunda idxalın artması və ixracın azalması üzrə risklərin qarşısının alınması da var:

“Eyni zamanda büdcənin sabitliyi, orta müddətli dayanıqlılıq da böyük əhəmiyyət kəsb edir. 2019-cu və növbəti illərdə dövlət və icmal büdcələri yeni büdcə qaydalarına uyğun hazırlanacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti