...

Ukraynaya AES üçün transformatorlar tədarük edəcəyik

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2018 12:50 (UTC +04:00)
Azərbaycanın ATEF şirkətlər qrupu Ukraynanın Zaporojye atom elektrik stansiyasının dörd bloku üçün quru transformatorlar tədarük edəcək
Ukraynaya AES üçün transformatorlar tədarük edəcəyik

Bakı. Trend:

Azərbaycanın ATEF şirkətlər qrupu Ukraynanın Zaporojye atom elektrik stansiyasının dörd bloku üçün quru transformatorlar tədarük edəcək.

Trend-in məlumatına görə, Ukraynada bu cür transformatorlar istehsal olunmur.

Qeyd edək ki, bir müddət əvvəl Bakıda Ukraynanın “Enerqoatom” şirkətinin atom stansiyalarının və digər xüsusi qollarının rəhbərlərinin iclası keçirilib. İclas zamanı nümayəndələr ATEF-in istehsalat gücü və gələcək perspektivləri ilə tanış olub:

“ATEF yeni nəsil transformatorlar istehsal edir. Onların məhsulu yüksək keyfiyyəti ilə seçilir, ona görə də “Enerqoatom” üçün bu əməkdaşlıq kifayət qədər maraqlıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti