...

“Visa Card” kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2019 18:05 (UTC +04:00)
Ödəniş sahəsi üzrə rəqabətin kəskin olduğu bir şəraitdə GoldenPay şirkəti rəqiblərindən ciddi şəkildə fərqlənməyi həmişə bacarıb.
“Visa Card” kampaniyası

Bakı. Trend:

Ödəniş sahəsi üzrə rəqabətin kəskin olduğu bir şəraitdə GoldenPay şirkəti rəqiblərindən ciddi şəkildə fərqlənməyi həmişə bacarıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, istər ödənişlərin rahatlığı, təhlükəsizliyi, sürətliliyi baxımından istərsə də, həyata keçirdikləri müxtəlif faydalı kampaniyalar ilə daim istifadəçilərin yüksək rəğbət və təqdirini qazanıb.

2018-ci il ərzində böyük layihələrə imza atan Hesab.az ödəmə portalının həyata keçirdiyi ilin növbəti böyük kampaniyasında da istifadəçilər yüksək aktivlik göstərdilər və kampaniya uğurla baş tutdu. Visa kart sahibləri üçün nəzərdə tutulmuş kampaniya şərtlərinə əsasən bank, sığorta və bilet alışlarından başqa, 150 AZN-dən yuxarı bütün ödənişləri edən ilk 2000 şəxs 10 AZN- lik Hesab.az hədiyyə kartı qazandı. Bu kartla onlar Hesab.az portalında 10 AZN məbləğində bank, lizinq, sığorta və bilet alışlarından başqa bütün ödənişləri ödəmək hüququna malikdirlər.

Hesab.az 2018-ci ili uğurlu şəkildə tamamlamağı qarşısına məqsəd qoymuş və buna nail olmuşdur.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti