...

Azərbaycan 1 ildə Türkiyəyə 500 milyon dollardan çox investisiya qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2019 16:47 (UTC +04:00)
2018-ci ildə Azərbaycanın Türkiyədə investisiyaları 516 milyon dollar təşkil edib.
Azərbaycan 1 ildə Türkiyəyə 500 milyon dollardan çox investisiya qoyub

Bakı. Rufiz Hafizoğlu - Trend:

2018-ci ildə Azərbaycanın Türkiyədə investisiyaları 516 milyon dollar olub.

Bu barədə Trend Türkiyə Mərkəzi Bankına istinadən məlumat verir.

Bununla yanaşı, Azərbaycanın Türkiyəyə birbaşa investisiyalarının payına 489 milyon dollar düşür.

İl ərzində Azərbaycandan Türkiyəyə ən çox sərmayə (178 milyon dollar) noyabrda, ən az isə (13 milyon dollar) dekabrda qoyulub. Türkiyəyə yatırılan bütün investisiyaların təqribən 8 faizi Azərbaycanın payına düşür.

Ümumilikdə ötən il Türkiyəyə xarici investisiyaların məbləği 6,5 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti