...

Orxan Məmmədov: Bakıda birinci KOB evi bu ilin sonunadək açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2019 14:03 (UTC +04:00)
Bakıda birinci kiçik və orta biznes (KOB) evi bu ilin sonunadək açılacaq
Orxan Məmmədov: Bakıda birinci KOB evi bu ilin sonunadək açılacaq

Bakı. Sara İsrafilbəyova - Trend:

Bakıda birinci kiçik və orta biznes (KOB) evi bu ilin sonunadək açılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, Bakıda bir neçə KOB evinin açılması planlaşdırılır və ilk KOB evi Nərimanov rayonunda açılacaq:

“KOB evində 30-dan çox dövlət qurumu tərəfindən 110-dan çox xidmət göstəriləcək. KOB evi “biznesə başla”, “biznesi apar”, “biznesi inkişaf etdir” və “biznesi dəstəklə” alqoritmləri ilə fəaliyyət göstərəcək”.

O.Məmmədov vurğulayıb ki, KOB evinin yaradılmasında əsas məqsəd operativliyi, şəffaflığı və sahibkarların maliyyə resurslarına rahat çıxışı təmin etməkdir.

O həmçinin qeyd edib ki, KOB evinin açılışından sonra e-KOB portalının işə salınması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti