...

Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq coğrafiyasını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2019 17:53 (UTC +04:00)

Bakı. Sara İsrafilbəyova - Trend:

Hazırda Azərbaycanda qida təhlükəsizliyi sahəsində analizlərin keçirilməsi üçün 21 laboratoriya fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən beşinci Aİ-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, bu laboratoriyalardan altısı Abşeronda, 15-i regionlarda yaradılıb.

Assosiasiya sədri qeyd edib ki, agentlik iki ölkə ilə əməkdaşlıq sazişi imzalayıb, daha 11 ölkə ilə bununla bağlı danışıqlar aparılır.

Q.Təhməzli, həmçinin, 2019-2025-ci illər üçün Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması üzrə dövlət proqramının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti