Bakı. Kəmalə Məmmədli - Trend:
Bakıda Orqanik Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının təqdimatı keçirilib.
Trend-in məlumatına görə, Assosiasiya sədri Emin Əliyev bildirib ki, qurumun yaradılması üçün 2019-cu ilin ortalarında müraciət edilib.
Assosiasiyanın yaradılmasında məqsəd ölkədə orqanik məhsul istehsalçıları arasında əlaqələrin qurulması və möhkəmləndirilməsidir:
“Sertifikasiya olmadan dünya kənd təsərrüfatı bazarına çıxış mümkün deyil. Lazımi sertifikatları və “orqanik” markasını aldıqdan sonra dünya bazarına çıxışı təmin etmək olar”.