...

"Berkshire Hathaway" ABŞ aviaşirkətlərinin səhmlərini satdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2020 08:36 (UTC +04:00)
"Berkshire Hathaway" ABŞ aviaşirkətlərinin səhmlərini satdı

Bakı. Trend:

Amerikan "Berkshire Hathaway" holdingi pandemiya fonunda əlindəki ABŞ aviaşirkətlərinin səhmlərini satıb.

Trend-in məlumatına görə, bu barədə konqlomeratın başçısı Uorren Baffet investorlarla videokonfrans zamanı bildirib.

"Aviaşirkətlər üçün dünya dəyişdi. Bilmirəm necə dəyişib, ümid edirəm vəziyyət olduqca tez düzəldiləcəkdir", - U.Buffet deyib. Qiymətli kağızların dəyəri təxminən 4 milyard dollar dəyərində qiymətləndirilib. Onlar arasında "United Airlines", "Delta Airlines", "American Airlines" və "Southwest Airlines" şirkətlərinin səhmləri var.

"Berkshire Hathaway" mayın 2-də 2020-ci ilin ilk rübü üçün korporativ hesabat təqdim edib. Martın 31-də başa çatan üç aylıq dövrün nəticələrinə görə holdingin xalis zərəri 49,7 milyard dollardır. Ötən il şirkətin qazancı 21.7 milyard dollar olaraq qiymətləndirilib. CNBC kanalı "Berkshire Hathaway"ın əvvəllər belə böyük miqdarda itkilərə uğramadığını qeyd edib.

Uorren Buffet "Bloomberg"in son hesablamalarına görə dünyanın ən varlı adamları siyahısında beşinci yeri tutur. Onun sərvəti 72 milyard dollar məbləğində qiymətləndirilir. "Berkshire Hathaway" onlarla şirkətdə böyük paylara sahibdir. Onların arasında aparıcı ABŞ bankları, avadanlıq istehsalçıları var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti