...

Bakıda torpaq sahələri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2020 19:50 (UTC +04:00)
Bakıda torpaq sahələri bahalaşıb

Bakı. Fidan Babayeva - Trend:

2020-ci ilin oktyabrında Bakıda torpaq sahələrinin qiyməti ötən ilin oktyabrı ilə müqayisədə 7,83 faiz bahalaşıb.

Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

Hesabat dövründə kommersiya obyektlərinin qiymətində ötən ilin oktyabrı ilə müqayisədə 0,06 faiz bahalaşma qeydə alınıb.

Qiymət artımı bağ evləri və fərdi evlərdə müşahidə olunub. Bazarın bu seqmentində qiymətlər ötən ilin oktyabrı ilə müqayisədə 5,34 faiz artıb.

Eyni zamanda, oktyabrda obyektlərin icarəsi qiyməti 6,04 faiz ucuzlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti