...

"Anglo Asian Mining" şirkəti ötən il Azərbaycanda mis istehsalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2021 09:15 (UTC +04:00)
"Anglo Asian Mining" şirkəti ötən il Azərbaycanda mis istehsalını artırıb

Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:

2020-ci ildə "Anglo Asian Mining" şirkətinin Azərbaycanda ümumi istehsal həcmi 2019-cu illə müqayisədə 16,5 faiz azalaraq qızıl ekvivalentində 69 091 unsiya təşkil edib.

Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.

Ötən il qızıl istehsalı 56,86 min unsiya təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 18 faiz azdır. Mis istehsalı 2 591 ton (17,2 faiz artım), gümüş istehsalı 122, 9 min unsiya (22,2 faiz azalma) olub.

2020-ci ildə qızıl külçə satışı ortalama qiyməti 1 unsiya üçün 1 777 dollar olmaqla 48,65 min unsiyaya bərabər olub. 2019-cu ildə bu göstərici 1 unsiya üçün 1 410 dollar olmaqla 54,1 min unsiya olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti