...

İlk İntensiv Kibertəhlükəsizlik təliminə start verildi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2021 09:52 (UTC +04:00)
İlk İntensiv Kibertəhlükəsizlik təliminə start verildi (FOTO)

Bakı. Trend:

Son dövrlərdə sürətlə rəqəmsallaşan dövlət və özəl qurumlar, təhsil, ticarət və s. sahələr kiber-hücumların hədəfinə çevrilmişdir. Pandemiya dövründə biznesin məsafədən idarəolunması, istehlakçıların internetə və mobil tətbiqlərə çıxışının asanlaşması rəqəmsallaşma prosesini daha da genişləndirmişdir. Belə olan halda, risklərin də təsir sahəsi böyümüş və bizneslərin kiber-hücumlara məruz qalma təhlükəsi artmışdır.

Müasir dövrün və gələcəyin vacib ixtisaslarından olan kibertəhlükəsizlik mütəxəssislərinin yetişdirilməsi strateji məqsəd hesab edərək, kibertəhlükəsizlik sahəsində 2018-ci ildən fəaliyyət göstərən DEFSCOPE MMC şirkəti avqust ayının 2-dən etibarən bu sahədə mütəxəssislərin hazırlanması üçün intensiv təlimlərə - “CyberSecurity BootCamp” layihəsinə başlamışdır. “Defscope ilə Böyü” proqramının bir hissəsi olan “CyberSecurity BootCamp” təlimlərinin beş həftə davam etməsi planlaşdırılıb. Həm nəzəri, həm də praktiki biliklərin (laboratoriyalarda iş) iştirakçılara çatdırılması proqramın maraqlı tərəflərindəndir. Bundan başqa, hər həftə iştirakçılar sahənin ekspertləri ilə mentor görüşlərinə də dəvət olunurlar. Təlimlər kibertəhlükəsizlik sahəsində 13 illik təcrübəsi olan Vüsal Salmanlı və DEFSCOPE şirkətinin İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssisi Xəyalə Əliyevanın birgə iştirakı ilə keçirilir.

Layihə rəhbəri Gülşən Əlizadə qeyd edir ki, təlim çox maraqla qarşılanmış və ümumilikdə təlim üçün 50-dən çox müraciət olmuşdur. Müraciətlərin çox olmasına baxmayaraq, onlar arasında seçimlər aparılmış və yalnız şərtlərə uyğun hesab olunan yeddi nəfər iştirakçı seçilmişdir. Təlimlərə qoşulmaq üçün əsas şərtlər arasında ilkin İT biliklərinin olması, orta səviyyədə ingilis dili və təlimlərdə tam iştirak etmək kimi məsələlər yer alır. DEFSCOPE şirkətinin təsisçisi və direktoru olan Vüsal Salmanlı layihənin ölkənin strateji məqsədlərinə uyğun olması, gələcəyin mütəxəssislərinin yetişdirilməsində vacib addım olduğunu qeyd edir. “Layihə böyük maraq doğurmuşdur. Biz təlimin ikinci həftəsində olsaq da, gənclərdən artıq ikinci təlim üçün müraciətlər daxil olur. Bu sahənin ölkəmizdə inkişafı, rəqəmsallaşma dövründə kadr çatışmazlığından sığortalanmağımıza bir səbəbdir. İnanırıq ki, bizim təlimlərdə iştirak edən gənclər, gələcəyin aparıcı kibertəhlükəsizlik mütəxəssisləri olacaq və ölkəmizə öz töhfələrini verəcəklər” – deyə o qeyd edib.

Şirkətin gələcək innovativ layihələrindən xəbərdar olmaq üçün DEFSCOPE-un sosial media hesablarını izləyə bilərsiniz.

“DEFSCOPE” MMC 2018-ci ildən qlobal arenada kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərməyə başlayıb. Şirkət qısa müddətdə dünyanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq edib. Şirkət hal-hazırda başda Kanada, Amerika, Avropa və Azərbaycan olmaqla yerli və beynəlxalq sferada peşəkar kibertəhlükəsizlik xidmətləri göstərməyə davam edir.

Şirkətin fəaliyyətləri ilə daha ətraflı tanış olmaq və xidmətlərdən yararlanmaq üçün rəsmi internet səhifəsi: https://www.defscope.com/.

Əlaqə vasitələri:

[email protected]

+994 12 409 2565

Xəbər lenti

Xəbər lenti