...

Subsidiyalar sahəyə görə yox, məhsulun həcmi üzrə veriləcək - YENİ QAYDALAR

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2021 11:27 (UTC +04:00)
Subsidiyalar sahəyə görə yox, məhsulun həcmi üzrə veriləcək - YENİ QAYDALAR

Bakı. Sədrəddin Ağcayev - Trend:

2022-ci ildən başlayaraq fermerlərə istehsal olunan məhsulun həcmi üzrə subsidiyalar veriləcək.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, fermer daha çox məhsul istehsal etdikcə, daha çox subsidiya alacaq.

V.Hüseynov xatırladıb ki, əvvəl subsidiyalar sahibkar fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq verilirdi.

Qeyd edək ki, torpağın aqrokimyəvi analizinin nəticələrini "Elektron kənd təsərrüfatı" (EKTIS) məlumat sisteminə daxil etməyən sahibklarlara səpin üçün subsidiyalar ödənilməyəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti