...

Antiinhisar xidməti monitorinqlərin beynəlxalq standartlara uyğunluğunu gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2022 12:11 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2022-ci ildə rəqəmsallaşmanın inkişafını davam etdirəcək.

Trend-in məlumatına görə, bunu xidmətin rəhbəri Məmməd Abbasbəyli 2021-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu işlər 2021-ci ildə başlanıb.

"Bu, həm də xidmətimizin strateji proqramında da əks olunub. Bu proqram çərçivəsində təhlil və monitorinqlərin beynəlxalq standartlara uyğunluğunu gücləndirmək planlaşdırılır", - deyə o bildirib.

M.Abbasbəyli əlavə edib ki, Dövlət xidməti bütün daxil olan müraciətləri diqqətlə təhlil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti