...

Azərbaycanla Həştərxan vilayəti arasında gəmi tikintisi üzrə birgə layihələr müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2022 13:16 (UTC +04:00)
Azərbaycanla Həştərxan vilayəti arasında gəmi tikintisi üzrə birgə layihələr müzakirə olunub
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan sənaye əməkdaşlığı şəraitində Həştərxan gəmiqayıranları tərəfindən Azərbaycan üçün sifarişlərin yerinə yetirilməsi perspektivlərini müzakirə edib.

Trend-in məlumatına görə, bunu vilayətin qubernatoru İqor Babuşkin öz "Telegram" kanalında yazıb.

Qubernator bildirib ki, kiçikhəcmli quru yük gəmilərinin, kimyəvi yük gəmilərinin, bərə və tankerlərin tikintisi üzrə birgə layihələrin reallaşdırılması imkanları nəzərdən keçirilir.

İ.Babuşkin, həmçinin Ələt limanı ilə Həştərxan vilayətindəki limanlar arasında yük daşımalarının artırılması üzrə işləri fəallaşdırmağı təklif edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti