...

ABŞ Çin mallarına rüsumları ləğv etməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2022 08:26 (UTC +04:00)
ABŞ Çin mallarına rüsumları ləğv etməyi planlaşdırır

Bakı. Trend:

ABŞ administrasiyası ölkənin əvvəlki prezidenti Donald Trampın dövründə tətbiq edilən Çin mallarına gömrük rüsumlarının ləğvi imkanları ilə bağlı məsləhətləşmələrdən sonra bir sıra qərarlar qəbul etmək niyyətindədir.

Trend "TASS"a istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan brifinqdə deyib.

"ABŞ Prezidenti Co Bayden iqtisadi və xarici siyasət məsələləri üzrə məsul əməkdaşlara Çinə qarşı ticarət siyasətinin kompleks baxışını aparmağı tapşırıb", - C. Sallivan bildirib.

O, qeyd edib ki, iqtisadiyyat, milli təhlükəsizlik məsələlərində qarşıda duran çağırışlar fonunda necə davam etmək, əvvəlki administrasiyanın ticarətə yanaşmasından kənara çıxmaq barədə müzakirələr davam edir.

Həftənin əvvəlində ABŞ-ın maliyyə naziri Janet Yellen Tramp dövründə Çindən gələn mallara tətbiq edilən bəzi gömrük rüsumlarının götürülməsinin tərəfdarı olduğunu bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası rəsmi Pekinə qarşı hərtərəfli iqtisadi təzyiq siyasəti aparıb. Vaşinqton 370 milyard dollar dəyərində Çin mallarına gömrük rüsumları tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti