Bakı. Trend:
Yanvarın 19-da Azərbaycanın Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun (SOFAZ) iştirakı ilə növbəti valyuta hərracı keçirib.
Trend-in AMB-yə istinadən məlumatına görə, Mərkəzi Bankın məlumatına görə, hərracda tələb 1,5 milyon dollara olub və tam qarşılanıb.
Hərracın yekunlarına əsasən, ortaçəkili məzənnə 1,7 AZN/1 USD təşkil edib.
Qeyd edək ki, Mərkəzi Bank valyutanın rəqabətli şəraitdə birtərəfli satışı ilə valyuta hərraclarının keçirilməsinə 2017-ci ilin yanvarından başlayıb. Hərraclar valyutanın rəqabətli şəraitdə birtərəfli satışı formasında keçirilir.