...

Lənkəranda “Çəltiyin seleksiyası və toxumçuluğunun təşkili” tarla seminarı keçirilib (FOTO) - KTN

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2023 04:00 (UTC +04:00)
Lənkəranda “Çəltiyin seleksiyası və toxumçuluğunun təşkili” tarla seminarı keçirilib (FOTO) - KTN
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəran rayonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) birgə təşkilatçılığı ilə “Çəltiyin seleksiyası və toxumçuluğunun təşkili” mövzusunda tarla seminarı keçirilib.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Tədbirdə ölkəmizdə çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi baxımından çəltikçilik sahəsində mövcud çətinliklərin aradan qaldırılması, çəltik bitkisinin əkin sahələrinin artırılması, məhsuldarlığın və məhsulun keyfiyyətinin yüksəldilməsi, ixrac yönümlü, rəqabət qabiliyyətli məhsul istehsalı, idxaldan asılılığın aradan qaldırılması və digər məsələlərə toxunulub.

Nazirliyin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov “Çəltikçiliyin Ərzaq Təhlükəsizliyinin təmin edilməsində əhəmiyyəti”, ƏETİ-nin direktoru Faiq Xudayev “Çəltikçilik üzrə Dövlət Proqramının icra vəziyyəti”, Lənkəran Dayaq Məntəqəsinin müdiri Təyyub Rzayev “Çəltiyin becərmə texnologiyası”, ƏETİ-nin “Bitki seleksiyası” şöbəsinin müdiri Abidin Abdullayev “Yeni sortların yaradılması və toxumçuluğun təşkili” mövzularında təqdimatla çıxış ediblər.

Respublikada çəltiyin seleksiya işlərinin aparılması, toxumçuluğunun təşkili, super elit və elit toxum istehsalı fermerlər tərəfindən müsbət qiymətləndirilib. Çəltikçilik sahəsində sertifikatlı toxum istehsalının həyata keçirilməsi sahəsində görüləcək işlər müzakirə olunub.

Tədbirdə iştirak edən mütəxəssis və fermerlər çəltik əkin sahələrinə baxış keçiriblər. Fermer və sahibkarlarla danışıqlar və müzakirələr aparılıb, müvafiq tövsiyələr verilib.

Tarla seminarında KTN-in, AXA-nın, Dövlət Toxum Fondunun, bölgə DAİM-lərinin nümayəndələri, çəltikçiliklə məşğul olan mütəxəssislər və bölgə fermerləri iştirak ediblər.

Qeyd edək ki, tədbirin məqsədi Dövlət Proqramından irəli gələn məsələlərin həlli istiqamətində qarşıda duran vəzifələrin və tədbirlərin həyata keçirilməsindən ibarət olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti