...

ƏMƏK NAZİRLİYİ ƏLİLLƏR ÜÇÜN BƏRPA MƏRKƏZİNİN TİKİNTİSİNƏ BAŞLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2005 13:12 (UTC +04:00)

Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyində əlillər üçün bərpa mərkəzinin tikintisinə başlanılıb.Əmək Nazirliyindən Trend ə verilən məlumata görə, tikinti işləri Lənkəranda həyata keçirilir. Nazirlikdə qeyd ediblər ki, obyektin tikintisi tenderin qalibi "Azərkurorttikintitəmir" tərəfindən aparılır.

Mərkəzin ümumi sahəsi 4800 kv.metrdir. Bərpa mərkəzinin istifadəyə verilməsinə gəldikdə isə, nazirlikdən bunun cari ilin oktyabrın 15-nə planlaşdırıldığını bildiriblər.

Yuxarıda göstərilən müəssisə 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına müvafiq olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti