...

AZƏRBAYCANIN KOMMERSİYA BANKLARININ KORPORATİV İNKİŞAFI LAYİHƏSİNİN REALLAŞDIRILMASI MÜDDƏTİ BAŞA ÇATIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2005 16:08 (UTC +04:00)

İyulun 31-də Əmanət kassalarının Beynəlxalq Əməkdaşlıq üzrə Fondu Azərbaycanın kommersiya banklarının korporativ inkişafı layihəsinin reallaşdırılmasını başa çatdırıb. Trend in məlumatına görə, bununla əlaqədar iyulun 21-də Hyatt mehmanxanasında layihənin reallaşdırılmasının yekunları ilə bağlı seminar keçirib.

Layihənin reallaşdırıldığı dövrdə onun ilkin texniki tapşırıqları yerinə yetirilib. Bu barədə Trend ə layihənin rəhbəri Reyner Haberkorn (Rayner Haberkorn) məlumat verib.

"Bəzi banklarda bunun üçün kifayət qədər canlı qüvvə var idi, Lakin elə banklar da var idi ki, burada onların sayı sadəcə olaraq azlıq edirdi. Ona görə də, layihənin reallaşdırılmasında bir sıra çatışmamazlıqlar var ", - deyə o qeyd edib.

Əvvəllər layihənin vaxtının uzadılacağı ehtimal edilsə də, sonradan bu ideyadan imtina edildi. Layihənin büdcəsi 300 min avrodan çoxdur.

Laüişə UniBank, "Respublika" bankı, Bank of Baku və "Parabank" üçün reallaşdırılıb.

Xəbər lenti

Xəbər lenti