...

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ ŞAMAXI VƏ XANLARDA ƏMƏK YARMARKASI KEÇİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2005 20:33 (UTC +04:00)

Əmək və əhalinin sosial müdafiəsi nazirliyi sentyabrın 8-də Şamaxı və Xanlarda növbəti əmək yarmarkaları keçirib.Nazirliyin Baş məşğulluq İdarəsində Trend ə bildirilib ki, yarmarkaların keçirilməsi nəticəsində 113 nəfər işlə təmin edilib.

İdarədə qeyd olunub ki, Şamaxıda 64 nəfər, o cümlədən özəl müəssisələrdə 24 nəfər, Xanlarda isə 49 nəfər, o cümlədən 31-i özəl müəssisələrdə işlə təmin edilib.Bundan başqa, Xanlar rayonunda 18 nəfər hazırlıq kurslarına cəlb edilib.

Qeyd etmək lazımdır ki, bütünlükdə keçirilən tədbirlər nəticəsində Şamaxıda 17 müəssisə 212 iş yeri, Xanlarda isə 24 müəssisə 240 iş yeroi ilə təmsil olunub.

"Sentyabr ayı ərzində əmək yarmarkaları Tovuz, Ağdaş, Xızı, Əli Bayramlı, Sumqayıt və Mingəçevir kimi regionlarda keçiriləcək" -deyə dövlət qurumunda bildirilib.

Xəbər lenti

Xəbər lenti