...

MALİYYƏ NAZİRİ SIĞORTA TƏŞKİLATLARININ RƏHBƏRLƏRİ İLƏ MÜŞAVİRƏ KEÇİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2005 18:35 (UTC +04:00)

Sentyabrın 15-də Azərbaycanın maliyyə naziri Əvəz Əloəkbərov respublikada fəaliyyət göstərən sığorta təşkilatlarının rəhbərləri, sığorta brokerləri və ekspertləri ilə müşavirə keçirib.

Maliyə naziri ölkədə 6 ayda ÜDM barədə görüş iştirakçılarını və ÜDM sığorpa ödənişlərinin payı barədəÖ sıbğorta şirkətlərinin Nizamnamə kapitalı, ötən ilə nisbətən sığorta ödənişlərinin artımı, ikinci sığorta əməliyyatlarının dinamikası, sığorta qanunvericiliyinin yerinə yetirilməsi, sığorta şirkətlərində aparılan yoxlamaların vəziyyəti, sığorta şirkətlərinin təqdim etdikləri hesabatlarda müəyyən olunan xarakterik çatışmamazlıqlar, eləcə də beynəlxalq maliyyə təşkilatları ilə bu sahədə əməkdaşlıq barədə məlumatlandırıb.

Yarım il ərzində ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin ümumi Nizamnamə kapitalı 138,2 milyrd manat təşkil edib, bu da ötən ilin analoji dövrün göstəriciləri ilə müqayisədə 46,1 milyrd. manat və ya 50% çoxdur.

Sığorta üzvlük haqqlarının həcmi 219,4 milyrd. manat, sığorta ödəmələrinin həcmi 36,9 milyrd.manat təşkil edib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 12,9% və 41,9% çoxdur.

Həmçinin qeyd oldunub ki, əhalinin bu sektora etimadının azalmasının səbəbi bir sıra şirkətlərin qanun7vericiliyə əməl etməməsi, , eləcə də şəffaf uçotun aparılmasına lazımi diqqətin göstərilməməsidir.

İclasın sonunda nazir iştirakçılara qanunvericiliyin müvafiq tələblərinə uyğun fəaliyyət göstərməyi tövsiyyə edib.

Xəbər lenti

Xəbər lenti