...

SCOT WILSON "AZƏRBAYCANIN NƏQLİYYAT STRATEGİYASI"NIN HAZIRLANMASINDA NƏQLİYYAT NAZİRLİYİNƏ MƏSLƏHƏT XİDMƏTLƏRİ GÖSTƏRƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2005 13:35 (UTC +04:00)

Britaniyanın Scot Wilson şirkəti "Azərbaycanın nəqliyyat strategiyası"nın hazırlanmasında Nəqliyyat Nazirliyinə məsləhət xidmətləri göstərəcək. Şirkət Asiya İnkişaf bankı tərəfindən tender yolu ilə seçilib. Nəqliyyat və İqtisadi İnkişaf Nazirliklərinin ekspertlərinin daxil olduğu Azərbaycan nümayəndə heyəti Manilaya səfər edərək məsləhətçinin seçilməsi üzrə tender paketlərinin açılışında iştirak ediblər.

Asiya İnkişaf Bankı "Azərbaycanın nəqliyyat strategiyası"nın işlənməsinə $350 min həcmində qrant ayırıb. Bu istiqamətdə nazirlik və bank arasında müvafiq saziş imzalanıb.

Sənəddə ölkənin nəqliyyat infrastrukturunun inkişafı, respublikadan keçən nəqliyyat dəhlizlərinə yüklərin cəlb olunması, daşımaların həcminin artırılması, yolların və nəqliyyat obyektlərinin tikintisi və bərpası öz əksini tapıb.

Nazirlikdən bildirilib ki, tender başa çatdıqdan sonra sentyabrda sənədin işlənməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti