...

Dekabrda valyuta ticarəti 2,13 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2006 14:37 (UTC +04:00)

Bakı Birjalararası Valyuta Birjası (BBVB) valyuta seksiyasında ticarətin yekunlarına görə 2005-ci il dekabrında birja bazarındakı aparıcı operatorları olan beş bankı qabaqlayıb. Trend in valyuta birjasının press-relizinə istinadən yaydığı məlumata görə, birja valyuta bazarında lider bankların sırasına onların ümumi ticarət dövriyəsində bağladıqları sövdələşmələrə müvafiq olaraq Texnikabank, Bank of Baku, Kapitalbank, Əmrahbank və Azxərbaycan Beynəlxalq Bankı daxildir.

Valyuta sövdələşməsinin ümumi həcmində Texnikabankın payı 36,38%, Bank of Baku - 12,03%, Kapitalbank - 5,19%, Əmrahbank - 4,76% və Beynəlxalq bank - 3,77% təşkil edib.

Dekabr ayı ərzində aoqı-satqıda cəmi 26 bank iştirak edib. Ticarətin Elektron Birja Sistemində (BEST) 44 ticarət sessiyası keçirilib və 159 sövdələşmə qeydiyyatdan keçirilib. ABŞ dolları ilə alqı-satqının həcmi dekabrda 97,2646 mln AZN (486, 323 mlrd AZM) və ya $105,919 mln təşkil edib. Avro ilə sövdələşmələrin həcmi 142,8 mln manat təşkil edib. Noyabr ayı ilə müqayisədə valyuta seksiyasında ABŞ dolları ilə alqı-satqının həcmi hesabat ayında 2,13 dəfə artıb.

Xəbər lenti

Xəbər lenti