...

Azərbaycan MDB-də Iisa kartları emitent ölkələrinin beşliyinə düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2006 20:24 (UTC +04:00)

2005-ci ilin yekunlarına əsasən, Beynəlxalq Visa ödəmə sisteminin buraxılan kartlarının sayı üzrə Azərbaycan MDB ölkələri arasında (Rusiya, Ukrayna, Qazaxıstan və Belarusdan sonra) 5-ci və Zaqafqaziya ölkələri arasında birinci yeri tutub. Trend bildirir ki, bu gün Moskva ofisində keçirilən "Plastik kartların inkişafı perspektivləri" seminarında Iisa-nın MDB ölkələri üzrə regional meneceri Svetlana Qeorbelidze bu barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan bankları tərəfindən buraxılmış Iisa kartlarının sayı 663 minə çatıb.

Buraxılan kartların əksəriyyəti (94%) sosial və əmək haqqı kartlarının payına düşür. Qeyri-nağd ödənişin inkişafı çərçivəsində ödəmə sisteminin nümayəndələri yerli banklarla görüşdə əmək haqqı kartlarını kredit kartlarına seqmentasiyanı dəyişməyi tövsiyə edib ki, bu da çoxdu sayda müştəri cəlb etməyə imkan verir.

Regionda (Rusiya-MDB) bu ödəmə sisteminin üzvü olan 22 000 bank tərəfindən buraxılan kartların sayı ümumi tədavül $1,4 mlrd. olmaqla 38 mln. təşkil edir. Bununla 24 mln. ticarət nöqtəsi Iisa kartlarından istifadə edir. Üzv siyahısının genişləndirilməsi üçün ödəmə sistemi yeni layihələr tətbiq edir, öz texnologiyasını təkmilləşdirir və bu gün bunun nəticəsində saniyədə 10 min tranzaksiya həyata keçirmək mümkündür.Bir neçə il bundan öncə əməliyyatların həyata keçirilməsi sürəti saniyədə cəmi 3-4 min tranzaksiya təşkil edirdi. Azərbaycanda kartlarla bağlı tədavül $368,779 mln. təşkil edirdi, bundan $20 mln. həcmində əməliyyatlar ticarət obyektlərində aparılırdı. Kprt qəbulunun sayı 1600 ticarət nöqtəsi olaraq göstərilirdi. S.Qeorbelidze əməliyyatların kartlar vasitəsilə həyata keçirildiyi obyektlərinin sayının iki il ərzində 30 minədək artdığını müsbət amil hesab edir.

Bu gün Azərbaycanda Iisa kartının 15 bank-emitenti vardır, bunlardan 12 bank Azərbaycanın Beynəlxalq bankının sponsorluğu ilə qoşulub.

Xəbər lenti

Xəbər lenti