...

İsrailin nümayəndə heyəti dünyanın digər müsəlman ölkələrinə nümunə olaraq Azərbaycan ilə İsrailin faydalı münasibətlərindən istifadəni müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2006 14:46 (UTC +04:00)

Nümayəndə heyəti əsas Amerika yəhudi təşkilatları prezidentlərinin Konfransının himayəsi ilə fevralın 9-dan 13-dək Bakıya səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşmək niyyətindədir. Bu barədə Trend İsrail KİV-ə istinadən bildirir.

Konfransın prezidenti Harold Tanner (Harold Tanner) deyib ki, Azərbaycan İranla sərhəddə əsas neft ixracatçısı kimi mühüm strategiya, siyasi və iqtisadi əhəmiyətə malik olan bir ölkədir.

Qrupun icraçı vitse-prezidenti Malkolm Henleyn (Malcolm Hoenlein) deyib ki, nümayəndə heyəti həm də dünyanın digər müsəlman ölkələrinə nümunə olaraq Azərbaycan ilə İsrailin faydalı münasibətlərindən istifadəni müzakirə etməyi planlaşdırır.

Səfər Rusiya, Ukrayna, Baltikyanı və Avrasiya, eləcə Avropa-Asiya yəhudi konqresinin yəhudiləri adından NCSJ Advocates ilə əlaqələndirmədə planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti