...

Bank "Standart" 2005-ci ilin maliyyə göstəricilərini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2006 20:22 (UTC +04:00)

2005-ci il üzrə Bank Standard aktivlərinin ümumi həcmi 31 dekabr 2004-cü illə müqayisədə 44 476 min AZN və ya 55 faiz artaraq, 124 678 min AZN (135 727 min ABŞ dolları) təşkil edib.

Trend bankın məlumatına istinadən bildirir ki, ehtiyatlar çıxılmaqla isə 2005-ci ildə Bank Standard aktivlərinin ümumi həcmi 32 faiz artaraq 99 051 min AZN (107 828 min ABŞ dolları) təşkil edib.

Müştərilərə verilmiş kreditlərin 31 dekabr 2005-ci il tarixinə olan həcmi 40 766 min manat (44 379 min ABŞ dolları) təşkil edib ki, bu da 31 dekabr 2004-cü il tarixinə olan müvafiq göstəricidən 48 faiz və ya 13 180 min manat (14 347 min ABŞ dolları) çoxdur.

Müştəri hesablarında olan vəsaitlərin hesabat dövrünə aid həcmi 31 dekabr 2004-cü il tarixinə olan müvafiq göstəricilə müqayisədə 13 671 min manat (14 882 min ABŞ dolları) və ya 39 faiz yüksələrək, 48 740 min manat (53 059 min ABŞ dolları) təşkil edib.

Depozitlərin ümumi həcmi hesabat dövründə 2004-cü ilin həmin tarixinə olan göstəricisinə nisbətən 20 377 min manat (22 183 min ABŞ dolları) və ya 30 faiz artaraq 87 221 min manat (94 950 min ABŞ dolları) təşkil edib.

Bankın məcmu kapitalı 2005-ci ilin 31 dekabr tarixinə 12 054 min manat (13 122 min ABŞ dolları) təşkil edərək, 2004-cü ilin həmin dövrü ilə müqayisədə 1 236 min manat (1 346 min dollar) və ya 11 faiz artıb.

2005-ci il ərzində vergi tutulmazdan əvvəl xalis gəlir 2004-cü ilin göstəricilərinə nisbətən 31 faiz və ya 295 min manat artaraq 1 249 min manat (1 359 min ABŞ dolları) təşkil edib.

2005-ci ildə xalis faiz gəliri 5 050 min manat (5 497 min ABŞ dolları) təşkil edib ki, bu da 2004-cü ilin müvafiq dövrünə nisbətən 2 466 min manat (2 684 min ABŞ dolları) və ya 95 faiz artması deməkdir.

2005-ci ilin 12 ayı ərzində xalis qeyri-faiz gəliri 1 839 min manat (2 002 min ABŞ dolları) təşkil edib ki, bu da 2004-cü ilin müvafiq dövrünə nisbətən 616 min manat (670 min ABŞ dolları) və ya 50 faiz artması deməkdir.

Bankın filiallar şəbəkəsinin fəaliyyətindən əldə edilən xalis gəliri 223 min manat (243 min ABŞ dolları) və ya 39 faiz artaraq 798 min manat (868 min ABŞ dolları) təşkil edib.

2005-ci il ərzində Rusiyanın "Russlavbank", Almaniyanın "Commerzbank" və ABŞ-ın "Wachoviabank"-ında müxbir hesablar açılıb. Sentyabr ayında bank "Kontakt" sürətli pul köçürmələri sisteminə qoşulub. Bankın bu sistem üzrə ümumi gəliri 2005-ci il üçün 38 milyon manat təşkil edib. 2005-ci ilin nəticələrinə görə Azərbaycan banklarının "Bıstraya Poçta" sistemi üzrə həyata keçirdiyi pul köçürmələrinin yarısından çoxu "Bank Standard"-ın payına düşüb. "İmpeksbank"-ın məlumatına görə "Bank Standard"-ın "Bıstraya Poçta" sistemi çərçivəsində köçürülmüş pul vəsaitlərinin ümumi həcmindəki payı ilin sonunda 50%-lik səviyyəni aşaraq oktyabr və noyabr aylarında müvafiq olaraq 54,42% və 53,57%, dekabr ayında isə 55,13% təşkil edib.

"Bank Standard" həmçinin "American Express" yol çeklərinin alqı-satqı həcmini xeyli artıraraq bu əməliyyat növü üzrə də Azərbaycandakı lider mövqeyini qoruyub saxlamağa müvəffəq olub.

Xəbər lenti

Xəbər lenti