...

Ramiz Həsənov: Fəaliyyəti standartlara uyğn qurulmayan istehsal müəssisələrinə bir ay vaxt vermişik

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2006 13:20 (UTC +04:00)

Fəaliyyəti standartlara uyğn qurulmayan istehsal müəssisələrinə bir ay vaxt vermişik. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Standartlaşdırma, metrologiya və patent agentliyinin direktoru Ramiz Həsənov bildirib.

R.Həsənov onu da vurğulayıb ki, yanvar ayından bu vaxta qədər məhsul istehsal edən müəssisələrə uyğunluq sertifikatı verilib. "Keyfiyyətsiz məhsul istehsal edən müəssisələrə isə qanunvericilikdə nəzərdə tutulan bir ay müddətinə vaxt verilib ki, nöqsanqlarını aradan qaldırsınlar. Əgər onilar istehsal etdikləri məhsullarını standartlara uyğunlaşdırmasalar, fəaliyfyətləri dayandırılacaq".

R.Həsənov onu da bildirib ki, istilik texnikası ilə məşğul olan 4 müəssisədə də araşdırma aparıblar: "Məlum olub ki, bu müəssisələrdə qazla işləyən içtilik cihazları standartlara uyğun olmadığına görə partlayış nəticəsində insanlar həlak olub. Bununla bağlı həmin müəssisələr barədə cinayət işi açılıb".

Xəbər lenti

Xəbər lenti