Aprelin 11-dən 15-nə Azərbaycanın İxracı və İnvestisiyaları Təşviqi Fondunun (AZPROMO) və İİN-nin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Çexiyanın paytaxtı Praqaya yola düşüb. Trend in AZPROMO-nun yaydığı press-relizə istinadən verdiyi xəbərə görə, səfər ChehTrade və ChehInvest treninq proqramları çərçivəsində həyata keçirilir. Səfər AB-nin TACIS proqramı tərəfindən maliyyələşdirilir.
Azərbaycanlı mütəxəssislər investisiya imkanlarının, sənaye zonalarının inkişafı konsepsiyası və investisiyaların stimullaşdırılması proqramlarının həyata keçirilməsi sahəsində biliklərlə tanış olacaqlar.