...

Əhali rəsmən sertifikatlaşdırılmış quş məhsullarından istifadə etməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2006 18:33 (UTC +04:00)

Əhali təhlükəsizlik üçün yalnız rəsmən sertifikatlaşdırılmış quş məhsullarından istifadə etməlidir. Trend in verdiyi məlumata görə, bu barədə aprelin 24-də Bakı Baytarlıq İdarəsinin direktorunun müavini Vəli Qarayev bildirib.

Onun sözlərinə görə, ölkənin ticarət obyektlərinə təqdim olunan məhsullar onun istehsal olunduğu müəssisənin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Komitəsinin qeydiyyatından keçib-keçməməsi barədə rəyi, eləcə də satılan məhsulun sağlamlığı barədə vacib sənədlərin mövcud olması barədə bir sıra sənədlərə malik olmalıdırlar.

Dövlət strukturunun nümayəndəsinin sözlərinə görə, bundan sonra yumurtalar istehsal tarixinin, epidemioloji analizin keçirildiyi müddət, onun istehsal olunduğu müəssisənin koordinatlarının göstərildiyi xüsusi qablarda satılmalıdır.

"Bu qaydalara əməl etməyənlər müvafiq instansiyalar tərəfindən cəzalanmalıdırlar"-deyə V. Qarayev bildirib.

İdarənin direktor müavini onu da bildirib ki, ölkənin iri quşçuluq fabriklərində istehsal olunan quş məhsullarından istifadə ilə bağlı heç bir təhlükə yoxdur.

Xəbər lenti

Xəbər lenti