...

Azərbaycanın neft və qaz sənayesi işçilərinin Həmkarlar İttifaqı Caspian Oil & Gas 2006 sərgisi üçün bütün materialları hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2006 14:35 (UTC +04:00)

Azərbaycanın neft və qaz sənayesi işçilərinin Həmkarlar İttifaqlarının Respublika Komitəsi iyunun 6-dan 9-na kimi Bakıda keçiriləcək Caspian Oil & Gas 2006 sərgisində iştirak etmək üçün bütün materialların hazırlanması üzrə iş aparır. Bu barədə Trend ə Komitənin rəhbəri Cahangir Əliyev məlumat verib.

Komitə ilk dəfə olaraq sərgidə ICEM (International Federation of Chemical, Energy, Mine and General Workers' Unions) kimya, dağ-mədən sənayesi, energetika və digər sahələrin işçilərinin həmkarlar ittifaqlarının Beynəlxalq Federasiyasının himayəsi altında iştirak edir.

Azərbaycandan başqa, bu təşkilatın himayəsi altında Rusiya, Qazaxıstan və digər ölkələrin təşkilat və şirkətləri də iştirak edir.

C. Əliyevin sözlərinə görə, bütün zəruri materiallar artıq ICEM -in mənzil-qərargahının yerləşdiyi Brüsselə göndərilib. Azərbaycan 1999-cu ildən bu təşkilatın üzvüdür.

Qeyd edək ki, indiyə kimi sərginin 85% -dən çoxu iri şirkətlər və milli pavilyonlar tərəfindən bronlaşdırılıb. Ümumilikdə, sərgidə 30 ölkədən 350-yə yaxın şirkətin iştirak edəcəyi gözlənilir.

2005-ci ildə Caspian Oil & Gas sərgisində dünyanın 30 ölkəsindən 300-dən artıq eksponat və 6 min tamaşaçı iştirak etmişdi.

Xəbər lenti

Xəbər lenti