...

"Krasnoye Sormovo" zavodunda Xəzər Dəniz Cəmiçiliyinin 5-ci tankeri suya buraxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2006 16:36 (UTC +04:00)

"Krasnoye Sormovo" gəmiqayırma zavodunda Xəzər Dəniz Gəmiçiliyinin sifarişilə tikilmiş 5-ci neft tankeri "DəDə Qorqud" suya buraxılıb. Bu barədə məlumatı "İTAR-TASS"a istinadən Trend agentliyi yayır.

"Bu, 2002-ci ildə imzalanmış müqavilə çərçivəsində Azərbaycan gəmiçilik şirkəti üçün Nijninovqorodlılar tərəfindən tikilən son "çay-dəniz" tipli gəmidir" - deyə Nikolay Jarkov bildirib.

Bütün gəmilərin xam neft və neft məhsullarını daşıya bilən 12 bölməsi var. Gəmilərin təhlükəsizliyini ikili dib və ikili göyərtə təmin edir.

13 min tonluq yük götürə bilən tankerlər müxtəlif hava şəraitində işləyə bilir.. "Sonuncu tankerin təhvil verilməsilə bizim Xəzər Dəniz Gəmiçiliyi ilə əməkdaşlığımız sona çatmır. Hazırda Azərbaycan şirkəti zavoda 10 quru yük daşıyan gəminin tikintisi ilə bağlı müraciət edib. Bununla əlaqədar danışıqlar aparılır" - deyə "Krasnoye Sormova" zavodunun direktoru qeyd edib.

Xəbər lenti

Xəbər lenti