...

May ayında Azərbaycanda birja məzənnəsi 0,48% möhkəmlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2006 16:53 (UTC +04:00)

May ayı ərzində milli valyutanın birja məzənnəsi 0,48% möhkəmlənib. Bu barədə Trend ə Bakı Banklararası Valyuta Birjasından məlumat verilib. Manatın 1 ABŞ dollarına nisbətdə məzənnəsi 0,9028 manatdan 0,8985 manatadək artıb.

Nəticədə mayda manatın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 0,9013 manat təşkil edib. Apreldə bu göstərici 0,9061 manata bərabər olub. Ümumiyyətlə, sonuncu il ərzində milli valyutanın birja məzənnəsi 1 ABŞ dollarına nisbətdə 5,68% möhkəmlənib.

Xəbər lenti

Xəbər lenti