...

İslam dövlətlərinin Ticarət–Sənaye Palatası Azərbaycanla iqtisadi münasibətləri genişləndirmək fikrindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2006 15:33 (UTC +04:00)

Azərbaycan İslam dövlətlərinin Ticarət - Sənaye Palatasına (TSP) daxil olan dövlətlərlə iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Trend in verdiyi xəbərə görə, bu barədə iyunun 21-də Bakıda İslam dövlətləri TSP-nin prezidenti Şeyx Saleh İbn Abdulla Kamal Azərbaycanın iş adamları ilə görüşündə bildirib.

TSP prezidenti diqqətini turizm, ticarət, istehsalat və s. kimi perspektiv sahələrə yönəldib. İlk növbədə, islam dövlətləri Azərbaycan həqiqətləri, onun iqtisadi imkanları haqqında ətraflı məlumata malik olmalıdır. "Müsəlman ölkələrinin kapitalı müsəlman dövlətlərinə yönəlməlidir", - deyə o hesab edir. Palata başçısı turizmi Azərbaycan iqtisadiyyatının ən perspektiv və cəlbedici sahəsi sayır. "Biz müsəlman ölkələrindəki xarici investorları bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə həvəsləndirməyə hazırıq", - deyə o qeyd edib. İslam ölkələrinin TSP prezidenti Azərbaycanın TSP rəhbərliyini onun rəhbərlik etdiyi qurumla əməkdaşlığı fəallaşdırmağa, gələcək birgə fəaliyyət planını hazırlamağa dəvət edib.

Öz növbəsində, Azərbaycanın iş adamları əməkdaşlıq haqqında konkret təklifləri gözdən keçirməyə hazır olduqlarını bildirib və hazır biznes - layihələr təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti