...

İyul ayından AİB Azərbaycanda makroiqtisadi modelləşdirmə layihəsini gerçəkləşdirməyə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2006 20:00 (UTC +04:00)

İyulun 1-ci yarısında Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda makroiqtisadi modelləşdirmə layihəsini gerçəkləşdirməyə başlayacaq. Bankın Bakı nümayəndəliyindən Trend ə verilən məlumata əsasən, layihənin açılışında Maliyyə, İqtisadi İnkişaf nazirlikləri, Milli Bankın nümayəndələri iştirak edəcək.

AİB artıq beynəlxalq məsləhətçiləri seçib və yerli mütəxəssislərdən ibarət işçi tərkibi formalaşdırıb. Xarici müəllimlər nazirlik və digər qurumların layihədə iştirak edəcək əməkdaşları üçün treninqlər keçirəcək.

Asiya bankının qrantı $600 min təşkil edir. Qrantı alan İqtisadi İnkişaf Nazirliyi yanında İqtisadi İslahatlar Mərkəzidir. Layihənin müddəti 2 ildir.

İndikativ makroiqtisadiyyat siyasətinin planlaşdırılması haqqında təklif İqtisadi İnkişaf Nazirliyinə məxsusdur. Bu sistemə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə ehtiyac olması baxımından kompleks iqitsadi proqramlar daxildir. Hazırda hökumət ayrı-ayrı layihələr üzərində işləyir. Lakin kompleks tədbirlərə ehtiyac oluduğundan bu proqramlar fayda vermir. İndikativ planlaşdırma hesabına isə hökumət qeyri-hökumət sektorunun maliyyə ehtiyatlarını əlaqələndirə və daha məqsədyönlü istiqamətlərə yönəldə bilər.

Xəbər lenti

Xəbər lenti