...

Azərbaycanın Tarif Şurası kənd təsərrüfatı sahəsində bəzi tarifləri dəyişdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2006 14:01 (UTC +04:00)

Azərbaycanın Tarif Şurası növbəti müşavirəsini keçirib. Müşavirədə Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin təklifləri gözdən keçirilib. Trend in verdiyi xəbərə görə, bu barədə Tarif Şurasından xəbər veriblər. O cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin Respublika nəzarət-müşahidə laboratoriyasında və dövlət tibb müəssisələrində ödənişli xidmətlərə görə tariflər üzrə qərar qəbul olunub.

Tarif şurasının qərarına əsasən suda, torpaqda, qida məhsullarında, kənd təsərrüfatında və şərabçılıq məhsullarında kalorimetrlərin və qaz xromatoqroflarının texnikası üzrə pestisidlərin kimyəvi qalığının miqdarının müəyyən edilməsi 9,1 AZN, pestisidlərin keyfiyyətinin müəyyən olunması - 11,3 AZN, kənd təsərrüfatı məhsullarında nitrat və nitritlərin qalıq həcminin müəyyən olunması - 1,7 AZN, pestisidlərlə emal olunmuş məhsulların həcminin faizlə müəyyən olunması - 5,3 AZN səviyyəsində təyin olunub.

Bu tariflər bu ilin avqust ayından qüvvəyə minir. Türkiyə, Rusiya və Gürcüstanda analoji xidmətlərin tarifləri ilə müqayisədə, onlar müvafiq olaraq 270, 45 və 36 AZN təşkil edir. Ödənişli xidmətlərin tətbiqi son vaxtlarda tələbatın artdığı laboratoriyanın maddi- texniki bazasını yaxşılaşdırmağa imkan verəcək.

Şura iclası zamanı tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, istifadəçilər tərəfindən xidmətlərin seçimi üçün şəraitlərin yaradılması və tarif qoymanın vahid sisteminin formalaşdırılması məqsədi ilə ixtisaslaşdırılmış dövlət müəssisələrində tarif məsələləri də gözdən keçirilib. Müzakirələrdən sonra onların tənzimlənməsinin sosial xarakter daşımasını və onların tətbiq sahəsinin və miqdarının çox olduğunu nəzərə alaraq, müvafiq orqanlar bu tariflərə dair bəzi hüquqi məsələləri həll etdikdən sonra bu məsələlərin gözdən keçiriləcəyi barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti