...

Vergilər Nazirliyi dövlət büdcəsinə 1026,7 mln. AZN köçürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2006 12:10 (UTC +04:00)

2006-cı ilin yanvar-iyun aylarında vergi daxilolmaları üzrə proqnoz 104,2 faiz icra olunub və dövlət büdcəsinə 985,6 mln. manat əvəzinə 1026,7 mln. manat vəsait ödənilib. Bu barədə Vergilər Nazirliyinin iyulun 5-də yayılmış məlumatında deyilir.

Dövlət büdcəsinə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 381,9 mln. manat və ya 59,2 faiz artıb.

Azərbaycan Milli Bankının məlumatına görə, 05.07.2006-cı il üçün 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi 0,8949 AZN təşkil edir.

Xəbər lenti

Xəbər lenti