...

Dövlət baytarlıq xidmətinin mütəxəssisləri sərhədyanı rayonlardadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2006 14:47 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət baytarlıq xidmətinin bir qrup mütəxəssisi Azərbaycanın sərhədyanı bölgələrinə ezam edilib. Dövlət qurumundan Trend ə verilən xəbərə görə, Azərbaycanın işğal olunmuş ərazilərindəki fasiləsiz yanğınlar nəticəsində heyvanların (sürünənlərin, gəmiricilərin, vəhşi heyvanların) azad zonalara kütləvi yerdəyişməsi müşahidə olunur və vəziyyətin ciddiliyini nəzərə alaraq, mütəxəssislər rayonlara baxış keçirəcək, heyvanların təhlükə səviyyəsini müəyyən edəcək, əhali arasında sorğu keçirəcəklər. Mütəxəssislər qrupu həftənin sonuna qədər bölgələrdə olacaq.

Aparılmış müşahidələr zamanı həmçinin Ermənistanla sərhəd ərazilərdə epidemioloji və epizootik vəziyyət aydınlaşdırılacaq.

Bu tədbirlərdə Dövlət xidmətinin mütəxəssisləri ilə yanaşı həmçinin Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak edir.

Xəbər lenti

Xəbər lenti