...

Avqustun 1-dən Bank Standard adlı istiqrazların yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2006 16:08 (UTC +04:00)

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Bank Standard" QSC KB-nın faizli sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb.

Trend in QKDK-nın məlumatına istinadən xəbər verdiyi kimi, emissiyanın həcmi 6 000 000 USD, bir istiqrazın nominal dəyəri 1 000 USD, istiqrazlar üzrə illik faiz dərəcəsi 14,5%, dövriyyə müddəti isə 3 ildir.

"Bank Standard"-ın faizli sənədsiz adlı istiqrazlarının yerləşdirilmə tarixi 01 avqust 2006-cı il tarixinə təyin olunub.

İstiqrazlar üzrə faizlər istiqrazların yerləşdirilməsinin başlanma tarixindən hər 6 ayın bitdiyi tarixlərə istiqrazın nominal dəyərindən hesablanaraq ödənilir. Sonuncu faiz ödənişi istiqrazların ödənilməsi ilə eyni vaxtda həyata keçirilir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcək. "Standard Kapital" MMC istiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti