...

Azərbaycanın işğal olunmuş əraziləri ilə həmsərhəd rayonlardakı heyvanlarda hər hansı təhlükəli xəstəlik aşkar edilməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2006 18:39 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki yanğınlarla əlaqədar bu ərazilərə gəlmiş heyvanların təhlükəlilik səviyyəsinin müəyyən olunması üçün Tərtər, Ağdam, Beyləqan ərazilərində götürülmüş nümunələr əsasında keçirilmiş laborator tədqiqatları yekunlaşdırıb. Trend in dövlət xidmətinə istinadən verdiyi xəbərə görə, tədqiqatlar zamanı hər hansı təhlükəli xəstəliyin olması aşkar edilməyib.

Nümunələr sərhədyanı bölgələrə ezam edilmiş Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri tərəfindən götürülüb. Aparılmış müşahidələr zamanı Ermənistanla həmsərhəd ərazilərdə epidemioloji və epizootik vəziyyət araşdırılıb. Həmin tədbirlərdə həmçinin Səhiyyə Nazirliyinin mütəxəssisləri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti