...

Parabank "Millikart" MMC-nin üzvü olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2006 13:25 (UTC +04:00)

"Millikart" MMC təsisçilərinin ötən ümumi iclasında Parabank kommersiya bankı səsvermə yolu ilə 3 il müddətinə Direktorlar Şurasının üzvü seçilib. Trend banka istinadən xəbər verir ki, bu, 15 illik yubileyini qeyd edən Parabank üçün növbəti nailiyyətdir. "Millikart" respublikada ikinci prossesinq mərkəzidir.

"Millikart"ın Direktorlar Şurasına Atabank, Azərdəmiryolbank, "Bank Respublika", Texnikabank, Bank Standard və UniBank-ın nümayəndələri seçilib. Mərkəzdən Trend ə verilən məlumata əsasən, Direktorlar Şurasının 3 illik müddətə seçilmiş üzvlərindən fərqli olaraq sədrin səlahiyyətləri bir ildən sonra başa çatır və otasiya yolu ilə Direktorlar Şurasının 6 üzvündən yeni sədr seçilir. Birinci il mərkəzin səhmdarlarının qərarı ilə bu vəzifəyə Xədicə Həsənova ("Bank Respublika"nın idarə heyətinin sədri) təyin olunub.

Xəbər lenti

Xəbər lenti