...

ASMK Cenevrə və Turindəki tədbirlərdə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2006 11:17 (UTC +04:00)

Azərbaycan Sahibkarlarının Milli Konfederasiyası (ASMK) 2006-cı ilin sentyabr-oktyabr aylarına olan planlarını açıqlayıb. Trend in ASMK-ın məlumatına istinadən verdiyi xəbərə görə, sentyabrın 18-20-də Cenevrədə "Qabaqcıl pərakəndə satış texnologiyalarından istifadənin sosial və əmək məsələlərinin nəticələri" mövzusunda üçtərəfli görüş keçiriləcək. Görüşün əsas məqsədi yeni texnologiyaların məşğulluğa, işin təşkilinə, iş şəraitinə və əmək münasibətlərinə təsirinin müzakirə edilməsindən ibarətdir.

"Xarici ölkələrə səfər çərçivəsində yol nəqliyyat vasitələri sürücülərinin qarşılaşdığı problemlərdən irəli gələn sosial və əmək məsələləri" mövzusunda ikinci üçtərəfli görüş də həmçinin oktyabrın 23-26-da Cenevrədə təşkil olunacaq. Görüşün məqsədi sürücülərin beynəlxalq səfərlər zamanı qarşılaşdığı sosial və əmək problemlərinin, QİÇS-ə qlobal problem kimi yanaşmanın müzakirəsindən, hökümətin, işəgötürənlərin və işçilərin bu istiqamətdə rolu, eləcə də irəli sürülən təkliflərin gözdən keçirilməsindən ibarətdir.

ASMK-nın nümayəndələri həmçinin Beynəlxalq Əmək Təşkilatının Turində "Müəssisələrin yenidən qurulma prosesinin məşğulluğa mənfi təsirlərin yumşaldılması yolları" mövzusunda keçirilən kurslarında iştirak edəcək. Treninqlər oktyabrın 2-dən 13-ə qədər Beynəlxalq treninq mərkəzində keçiriləcək. Kursların məqsədi müəssisələrin yenidən qurulması dövründə məşğulluq problemlərinin həlli zamanı yardımın göstərilməsidir. Kurslarda bu dəyişikliklərin insanlara mənfi təsirinin yumşaldılması, eləcə də belə müəssisələrin inkişafının sadələşdirilməsi üzrə lazımi bilik və bacarıqlar açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti