...

Azərbaycanın "Respublika" bankı və Hollandiyanın FMO şirkəti kredit xəttinin açılması haqqında müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2006 18:04 (UTC +04:00)

"Respublika" SKB və Hollandiyanın FMO inkişaf maliyyə şirkəti avqustun 28-də $10 mln məbləğində kredit xəttinin açılması haqqında müqavilə imzalayıb. Trend in xəbər verdiyi kimi, bu, Azərbaycanda özəl bank biznesi tarixində ən iri müqavilələrdən biridir.

Müqaviləni bankın idarə heyətinin sədri Xədicə Həsənova və FMO-nun Avropa və Mərkəzi Asiya üzrə direktoru Huub Cornelisen imzalayıb.

Müqavilə 4 illlikdir və bunun 2 ili güzəştlidir. Bu proqram çərçivəsində Bank Respublika kiçik və orta müəssisələrə kreditlər verəcək. Bu proqram üzrə bir kreditin dəyəri $1 mln-dək təşkil edə bilər.

Bu günədək bank "Respublika"ya Avropa Yenidənqurma və İnkişaf bankı, Qara dəniz Ticarət və İnkişaf bankı, Asiya İnkişaf bankı, Almaniyanın DEG investisiya korporasiyası tərəfindən vəsait ayrılıb.

28 aprel 2005-ci ildə bank "Respublika" və aparıcı maliyyə institutları arasında imzalanmış müqavilələrə əsasən, DEG (KfW bank qrupunun üzvü) və Sparkassen International Development Trust (SIDT, Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) bankın səhmdarlarıdır. Onlar 25% + 1 səhm həcmində səhm paketini alıb.

Xəbər lenti

Xəbər lenti