...

İl ərzində Azərbaycanın milli valyutasının birja məzənnəsi 4,82% möhkəmlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2006 15:30 (UTC +04:00)

Avqustda milli valyutanın birja məzənnəsi 0,68% möhkəmlənib. Bu barədə Trend ə Bakı Banklararası Valyuta Birjasından məlumat verilib. 1 ABŞ dollarının məzənnəsi 0,8869 AZN-dən 0,8809 AZN-dək ucuzlaşıb.

Nəticədə manatın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi avqustda 0,8858 AZN təşkil edib. İyulda bu rəqəm 0,8906 AZN-ə, yanvarda - 0,9156 AZN-ə bərabər olub. Bütövlükdə, son il ərzində milli valyutanın dollara nisbətdə birja məzənnəsi 4,82% möhkəmlənib.

Xəbər lenti

Xəbər lenti